
Bakı. Trend:
ABŞ və İran nüvə sazişi ilə bağlı kompromislərə hazırdır.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri
Hakan Fidan bildirib.
Onun sözlərinə görə, Vaşinqton Tehrandan uranın
zənginləşdirilməsini tamamilə dayandırmaq tələbindən imtina edə
bilər.
“Müsbət məqam ondan ibarətdir ki, görünür, amerikalılar dəqiq
müəyyən edilmiş çərçivələr daxilində İranda uranın
zənginləşdirilməsinə icazə verməyə hazırdırlar.
İranlılar indi başa düşürlər ki, amerikalılarla razılığa
gəlmələri vacibdir, amerikalılar isə anlayırlar ki, iranlıların da
öz limitləri var”, – deyə XİN rəhbəri qeyd edib.


