Bakı. Trend:
Pentaqon və ABŞ Federal Aviasiya Administrasiyası (FAA) arasında
dronlara qarşı lazer silahlarının sınağı ilə bağlı fikir ayrılığı
Texasın El Paso şəhəri və Nyu-Meksikonun cənubu üzərində hava
məkanının bağlanmasına səbəb olub.
Trend-in
məlumatına görə, bu barədə Associated Press mənbələrə istinadla
məlumat yayıb.
Məlumata görə, ABŞ ordusu Meksika narkokartellərinə məxsus
olduğu iddia edilən pilotsuz uçuş aparatlarına qarşı lazer
sınaqları planlaşdırıb. FAA isə mülki aviasiyanın təhlükəsizliyini
əsas gətirərək hava məkanını 10 gün müddətinə bağlayıb. El Paso
Beynəlxalq Hava Limanı da müvəqqəti olaraq fəaliyyətini
dayandırıb.

