
Oman hakimiyyəti danışıqların birinci mərhələsi başa çatdıqdan sonra ABŞ-dən İran tərəfinə bir neçə mesaj çatdırıb.
“Report” xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani məlumat verib.
“Biz amerikalılara heç bir məktub göndərmədik, amma Omandakı dostlarımız ABŞ-dən bizə bəzi mesajlar ötürdülər və biz onları Tehranda öyrənəcəyik”, – deyə o, Oman və Qətərə səfər etdikdən sonra İran dövlət televiziyasında bildirib.
Fevralın 6-da Omanda İran və ABŞ arasında nüvə proqramı ilə bağlı böhranın həlli ilə bağlı danışıqların yeni mərhələsi baş tutub. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi elçisi Stiven Uitkoff rəhbərlik edib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

