Türkiyə–Yunanıstan münasibətlərində açıq dialoq davam etməlidir – Ərdoğan

Baş səhifə

Bakı. Trend:

Türkiyə və Yunanıstan qonşu və müttəfiq ölkələr olaraq
qarşılıqlı anlaşma və əməkdaşlıq prinsipinə əsaslanan açıq dialoq
kanallarını qorumalıdırlar.

Trend-in
məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Ankarada Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə
danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında deyib.




Türkiyə prezidenti qeyd edib ki, Türkiyə Yunanıstanla ikitərəfli
ticarət dövriyyəsini hazırkı 7 milyard dollardan 10 milyard dollara
çatdırmağı hədəfləyir. O, 7 dekabr 2023-cü ildə Yüksək Səviyyəli
Əməkdaşlıq Şurasının 5-ci iclasında iştirak etmək üçün Afinaya
səfərini xatırladı və bu iclasda tərəflərin Afina Bəyannaməsi
vasitəsilə açıq dialoqun davam etdirilməsinə və ikitərəfli
münasibətlərin yaxşılaşdırılmasına sadiq olduqlarını
təsdiqlədiklərini bildirdi.

O həmçinin qeyd edib ki, tərəflər arasında mövcud yüksək
səviyyəli təmaslar əlaqələrin daha da inkişafı üçün əlverişli
şərait yaradır.