Madaqaskarda “Qezani” siklonu nəticəsində 31 nəfər həlak oldu

Baş səhifə

Bakı. Trend:

“Qezani” siklonunun Madaqaskar üzərindən keçməsi nəticəsində ən
azı 31 nəfər ölüb, 36 nəfər yaralanıb.

Trend-in
məlumatına görə, bu barədə “Orange” portalı rəsmi məlumatlara
istinadən xəbər verib.




Madaqaskarın şərq sahilinin 16 rayonunda, o cümlədən Atsinanana,
Analamanqa, Analandzirufu və Alautre-Manquruda zərər çəkənlərin
ümumi sayı 250 mini keçib.

Yeddi min insan evlərini tərk etmək məcburiyyətində qaldı. 17
mindən çox ev dağıdıldı, daha 36 min evə ziyan dəydi və təxminən 11
min ev su altında qaldı.