Ayşe Barımın məhkəmə qərarı açıqlanıb

Baş səhifə

Türkiyəli menecer Ayşe Barıma qarşı aparılan iş üzrə son məhkəmə iclası keçirilib.

Modern.az xəbər verir ki, Barım, Gezi Parkı hadisələrini planlaşdırmaqda rol aldığı iddiası ilə “Türkiyə hökumətini devirməyə cəhdə kömək etmək” maddəsi üzrə mühakimə olunurdu və 30 ilə qədər həbs cəzası tələb edilirdi.

Məhkəmə Ayşe Barımı bu ittihamla 12 il 6 ay ev həbsdi cəzasına məhkum edib.

Qeyd edək ki, Barım Gezi Parkı hadisələrinin əsas təşkilatçılarından biri sayılır və hadisələr zamanı sosial media vasitəsilə insanları küçələrə çıxmağa təşviq etmişdi.