Azərbaycan Basketbol Liqasında XVII tura start verilib

Baş səhifə
Azərbaycan Basketbol Liqasında XVII tura start verilib

Azərbaycan Basketbol Liqasında XVII tura start verilib.

“Report” xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Səfərdə “Lənkəran”la üz-üzə gələn “Sərhədçi” 83:69 hesablı qələbə qazanıb. Matç Lənkəran Olimpiya İdman Kompleksində keçirilib.

Qeyd edək ki, tura fevralın 14-də yekun vurulacaq.