
Bakı. Trend:
2026-cı ilin yanvar ayında Azərbaycanda xam neftin hasilatı orta
hesabla təxminən günə 459 min barrel təşkil edib.
Trend xəbər verir
ki, bu barədə OPEC-in hesabatında qeyd olunur.
Təşkilatın məlumatına görə, bu göstərici 2025-ci ilin dekabr ayı
ilə müqayisədə dəyişməz qalıb, lakin həmin ilin noyabr ayı ilə
(günə 457 min barel) müqayisədə artıb.
Bundan əlavə, OPEC-dən bildirilib ki, 2025-ci ildə ölkədə neft
hasilatı orta hesabla günə 461 min barel təşkil edib. Bu göstərici
2024-cü ildə günə 481 min barel olub.
Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2025-ci ildə
ölkədə qaz kondensatı daxil olmaqla 27,7 milyon ton neft hasil
edilib. Bu həcmdən 16,2 milyon tonu “Azəri–Çıraq–Günəşli” (AÇG)
yatağının, 3,8 milyon tonu “Şahdəniz”in, 0,6 milyon tonu “Abşeron”
yatağının, 7,1 milyon tonu isə Azərbaycan Dövlət Neft Şirkətinin
(SOCAR) payına düşüb.
Hesabat dövründə qaz kondensatı daxil olmaqla 23,1 milyon ton
neft ixrac olunub. Bunun 20 milyon tonu konsorsiumlar, 2,5 milyon
tonu SOCAR, 0,6 milyon tonu isə JOCAP tərəfindən təmin edilib.

