
Abşeron rayonunda 17 yaşlı yeniyetmə yıxılaraq xəsarət alıb.
APA-nın məlumatına görə hadisə rayonun Mehdiabad qəsəbəsində baş verib.
Məlumata görə, qəsəbə sakini 2009-cu il təvəllüdlü K.K. qəsəbə ərazisində yıxılması nəticəsində yerdə olan dəmir parçası qarın nahiyəsinə batıb.
Daxilə nüfuz edən xəsarət alan K.K. xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.


