Məhkəmə Ekspertizası Mərkəzi ötən il 26 mindən çox işlə bağlı ekspert rəyi və arayış verib

Baş səhifə
Məhkəmə Ekspertizası Mərkəzi ötən il 26 mindən çox işlə bağlı ekspert rəyi və arayış verib

2025-ci il ərzində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 20 növ və 41 ekspert ixtisası üzrə ekspertlər tərəfindən 26 min 890 iş barədə ekspert rəyi və arayış verilib.

Bu barədə “Report”a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, verilmiş rəy və arayışların daxil olmuş işlərə nisbəti 2024-cü il ilə müqayisədə 6.6 faiz artıb.

Hesabat dövründə ekspertlər tərəfindən 2 milyon 216 min 778 obyekt üzərində tədqiqat aparılıb, məhkəmələr və hüquq-mühafizə orqanları tərəfindən qərar və qərardadlarda qoyulmuş 78 min 808 sual cavablandırılıb.