Bu gündən yağıntılar kəsiləcək, temperatur yüksələcək

Baş səhifə
Bu gündən yağıntılar kəsiləcək, temperatur yüksələcək

Ölkə ərazisində müşahidə olunan yağıntının 11-i axşamdan tədricən kəsiləcək.

“Report” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, sabah və fevralın 13-də havanın mülayimləşəcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, temperaturun yüksələcəyi gözlənilir.