Kolumbiyada leysan və torpaq sürüşməsi nəticəsində onlarla insan ölüb

Baş səhifə
Kolumbiyada leysan və torpaq sürüşməsi nəticəsində onlarla insan ölüb

Kolumbiyada güclü yağışların fəsadları səbəbindən 22 nəfər ölüb, minlərlə ailə təxliyə edilib.

“Report” “Əl-Ərəbiyyə”yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

“Həlak olanların ümumi sayından 14-ü Kordova və Sukre departamentlərində qeydə alınıb, azı 9 000 ev zərər görüb. Cənub-qərbdəki Narinyo departamentində isə torpaq sürüşməsi nəticəsində yeddi nəfər ölüb”, – məlumatda bildirilib.

Qeyd olunub ki, ilin bu vaxtında güclü yağışlar Kolumbiya üçün nadir hadisədir.