Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ

Baş səhifə

Prezident Administrasiyasının dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan keçmiş rəhbəri Ramiz Mehdiyevin ev dustaqlığında saxlanılması müddəti uzadılıb.

Modern.az xəbər verir ki, Səbail Rayon Məhkəməsi bu barədə qərar qəbul edib.

Hakim cinayət işi üzrə hərtərəfli istintaq hərəkətlərinin aparılmasının vacibliyini nəzərə alaraq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş vəsatəti təmin edib. Qərara əsasən, Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri daha 4 ay uzadılıb.

Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırmaqda ittiham olunur. 

Qeyd edək ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.