
Bakı. Trend:
Prezident Admistrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev
barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri uzadılıb.
Trend xəbər
verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin
vəsatəti əsasında R. Mehdiyevin barəsində ev dustaqlığı qətimkan
tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata Səbail Rayon
Məhkəməsində baxılıb.
Məhkəmə təqdimatı təmin edib və R.Mehdiyev barəsində seçilmiş ev
dustaqlığı qətimkan tədbirinin müddəti daha 4 ay uzadılıb.
Qeyd edək ki, DTX-də başlanan cinayət işi ilə bağlı Ramiz
Mehdiyev AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ
keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə
yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət
yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham
olunur.
Cinayət işi çərçivəsində AXCP sədri Əli Kərimli, onun müşaviri
Məmməd İbrahim, AMEA katibliyinin keçmiş rəisi, Prezident
Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov həbs edilib. Ötən
gün həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin
müddəti 4 ay uzadılıb.

