
İran nüvə məsələsi ilə bağlı ABŞ-la danışıqların formatını dəyişdirməyi planlaşdırmır, məsləhətləşmələr dolayı yolla davam edəcək.
Modern.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bagaei bildirib.
“Hazırda danışıqların formatını dəyişdirmək planı yoxdur. Yəni, gələcək danışıqlar bu mərhələdə olduğu kimi davam edəcək”, – Bagaei mətbuat konfransında vurğulayıb.
Fevralın 6-da Omanın paytaxtında Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün İran və ABŞ arasında dolayı danışıqların yeni mərhələsi baş tutub. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Arakçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi elçisi Stiv Uitkoff rəhbərlik edib.

