Beyləqanda yeni doğulan körpə ölüb – YENİLƏNİB

Baş səhifə

Fevralın 8-də saat 10:00 radələrində 1996-cı il təvəllüdlü hamilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, Beyləqan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Qeyd olunub ki, hamiləliyinin 39-cu həftəsində olan pasiyentdə təbii doğuş prosesi icra edilib: “Körpənin (kişi) çəkisi 4100 qr., boyu 53 sm. olub. Doğuşdan sonra yenidoğulmuşa dəqiqləşdirilməmiş tənəffüs çatışmamazlığı diaqnozu təyin olunub. Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 09.02.2026-cı il tarixində saat 12:00 radələrində yenidoğulmuşun bioloji ölüm faktı qeydə alınıb”.

Qeyd edək ki, faktla əlaqəli Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.

Gülcahan İman qızı

***

10.51

Beyləqanda yeni doğulan körpə ölüb.

APA-nın yerli müxbiri xəbər verir ki, körpə ölümü Beyləqan Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb. Rayonun Birinci Şahsevən kənd sakini 1996-cı il təvəllüdlü Ülviyyə Əliyevanın təbii doğuşla dünyaya gətirdiyi oğlan uşağı ölüb.

Faktla bağlı araşdırma aparılır.