İSB-nin investisiya portfelinin gəlirliliyi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

İcbari Sığorta Bürosunun (İSB) dayanıqlı maliyyə və zəmanət
fondu üzrə investisiya portfelinin gəlirliliyi proqnozları
üstələyib.

Trend xəbər
verir ki, bunu bu gün “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin
İttifaqının Biznesin İnkişafı Departamentinin rəhbəri Xanım
Camalova büronun 2025-ci ildə icra olunmuş strateji layihələri üzrə
hesabatının təqdimatında bildirib.




“Azərbaycan Mərkəzi Bankı dayanıqlı maliyyə və zəmanət fondu
üzrə effektiv kompensasiya ödənişləri və subroqasiya
mexanizmlərinin qurulması üçün subroqasiya işinin
təkmilləşdirilməsinə dair qaydalar və prosedurlar hazırlanaraq
təsdiq edib. Nəticədə investisiya portfelinin dəyəri artıb. Belə
ki, hədəf olaraq müəyyən edilmiş 5,9 milyon portfel gəliri 6,5
milyon manat səviyyəsində icra olunub”, – o qeyd edib.