
Bakı. Trend:
ABŞ-nin bir çox şirkətləri Azərbaycanı strateji tərəfdaş kimi
nəzərdən keçirir.
Trend xəbər verir
ki, bunu bu gün Bakıda keçirilən brifinq zamanı ABŞ Ticarət
Palatasının (U.S. Chamber of Commerce) Yaxın Şərq, Mərkəzi Asiya və
Türkiyə üzrə vitse-prezidenti Cennifer Mill bildirib.
“Nümayəndə heyətinə daxil olan bir çox şirkət, sizin də qeyd
etdiyiniz kimi, Azərbaycanı sadəcə satış bazarı deyil, strateji
tərəfdaş kimi görür. Xüsusilə də nəzərə alsaq ki, şirkətlər buraya
gəlmək və hökumət və özəl sektor nümayəndələri ilə görüşərək ölkədə
iki-üç gün keçirmək üçün vəsait yatırıb”, – deyə o bildirib.
Milin sözlərinə görə, Amerika şirkətlərinin həm hökumət, həm də
özəl sektor, eləcə də ünsiyyətdə olduqları bütün insanlar
tərəfindən səmimi qarşılanması böyük minnətdarlıq doğurur.
“Biz bu qədər gərgin dövrdə təkcə yüksək vəzifəli nazirlərin
deyil, həm də müxtəlif agentliklərin rəhbərlərinin ayırdığı vaxta
dəyər veririk. Məhz burada əlaqələr və imkanlar formalaşır. Burada
birgə fəaliyyət istiqamətlərini müzakirə etmək, zəruri islahatlar
və ya şirkətlərin səmərəli fəaliyyət göstərə bilməsi üçün həlli
vacib olan texniki məsələlər barədə fikir mübadiləsi aparmaq
mümkündür”, – deyə o əlavə edib.
Millin sözlərinə görə, Amerika şirkətlərinin həm hökumət, həm də
özəl sektor, eləcə də ünsiyyətdə olduqları bütün insanlar
tərəfindən səmimi qarşılanması böyük minnətdarlıq doğurur.


