Bakı dairəvi yolunda qəza olub, “Lökbatan” dairəsində tıxac yaranıb

Baş səhifə
Bakı dairəvi yolunda qəza olub, Lökbatan dairəsində tıxac yaranıb

Yasamal rayonu, Bakı dairəvi yolunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən “Lökbatan” dairəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.

“Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür”, – məlumatda vurğulanıb.