
Bakı. Trend:
Portuqaliyalı futbolçu Kriştianu Ronaldu “Ən-Nəsr” klubunun
məşqlərinə qayıdıb və Səudiyyə Ərəbistanı çempionatının növbəti
turunda “Əl-Fateh”ə qarşı oyunda iştirak edəcək.
Trend xəbər verir
ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.
Məlumata görə, futbolçuya və klubun digər əməkdaşlarına olan
maaş borcları ödənilib.
Xatırladaq ki, Ronaldu boykot səbəbindən ardıcıl iki oyunda
meydana çıxmamışdı. O, Səudiyyə Ərəbistanı Suveren Fondunun
fəaliyyətindən narazı idi və hesab edirdi ki, fond rəqib
“Əl-Hilal”a üstünlük verərək “Ən-Nəsr”ə kifayət qədər vəsait
ayırmır.


