Meksika Kubaya humanitar yardımı davam etdirəcək – Klauadiya Şeynbaum

Baş səhifə

Bakı. Trend:

Meksika ABŞ-nin Kubaya neft tədarük edən ölkələrə qarşı rüsum
tətbiq etmə planına baxmayaraq, bu ölkəyə humanitar yardım
göstərməyə davam edəcək.

Trend xəbər verir
ki, bunu Meksika lideri Klauadiya Şeynbaum bəyan edib. Onun
sözlərinə görə, ABŞ-nin mövqeyi ədalətsizdir, çünki nəticədə əksər
təsir Kuba xalqına dəyir.




Şeynbaum bildirib: “Dəstək daha çox olacaq. Kubaya neft göndərən
istənilən ölkəyə qarşı ABŞ-nin tətbiq etdiyi ədalətsiz sanksiyalar
səbəbindən heç kimi Kuba xalqının hazırda yaşadığı vəziyyətdə
qoymaq olmaz. Əlbəttə, ehtiyacı olan xalqlara hər zaman kömək
etdiyimiz kimi, Kuba xalqına da yardım edəcəyik. Hazırda əsasən
ərzaq göndəririk və onların ehtiyac duyduğu məhsulların tədarükünü
artırmağı planlaşdırırıq”.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Meksikanın
Kubaya neft tədarükünü dayandırdığını açıqlamışdı. Bunun ardından
KİV-lərdə ada dövlətində ciddi yanacaq qıtlığı yarandığı barədə
məlumatlar yayılmışdı.