Konqoda şaxtada torpaq sürüşməsi nəticəsində azı 11 nəfər həlak oldu

Baş səhifə

Bakı. Trend:

Demokratik Konqo Respublikasının cənubunda yerləşən şaxtada
torpaq sürüşməsi nəticəsində azı 11 nəfər həlak olub, daha 6 nəfər
xəsarət alıb.

Trend xəbər verir
ki, bu barədə “Actualite” portalı məlumat yayıb. Bildirilib ki,
uzunmüddətli yağışlardan sonra mis və kobaltın qeyri-qanuni hasil
edildiyi şaxtada torpaq sürüşməsi baş verib.




Faciə fevralın 7-nə keçən gecə baş versə də, məlumat yalnız indi
açıqlanıb.