
Bakı. Trend:
Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol
oynayır. Onlardan 10-u Avropa İttifaqının üzvü, 11-i isə eyni
zamanda NATO-nun üzvüdür. Həmin ölkələr üçün hazırda Azərbaycan heç
zaman görünmədiyi qədər daha mühüm tərəfdaşa çevrilir.
Trend xəbər
verir ki, bu sözləri Prezidenti İlham Əliyev ABŞ Ticarət
Palatasının nümayəndə heyəti ilə görüşdə deyib.
Dövlətimizin başçısı bildirib:
“Biz bütün öhdəliklərimizi yerinə yetiririk və siyasi gündəliyi
heç zaman biznes ilə qarışdırmırıq və bu, bizim üçün qlobal enerji
bazarında beynəlxalq fəaliyyətimizi genişləndirmək üçün yaxşı
fürsətdir”.


