
Tovuz rayonunda 2 975 abonentin təbii qazla təminatında məhdudiyyətlər yaranacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, məhdudiyyətin tətbiq edilməsi yeraltı qaz boru kəmərində müəyyən edilən sızmanın ləğv edilməsi zərurətindən irəli gəlir.
Qeyd edək ki, təmir-bərpa işləri ilə əlaqədar olaraq fevralın 10-da saat 09:30-dan etibarən Əlibəyli, Hacallı, Yuxarı Mülkülü, Aşağı Öysüzlü və Yuxarı Öysüzlü kəndlərinə təbii qazın verilişi işlər yekunlaşana qədər dayandırılacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


