
2023-cü ilin Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi İranda həbs edilib və ona 7 ildən çox cəza kəsilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onu vəkili Mostafa Nili bildirib.
Qərar 7 fevralda Məşhəd məhkəməsi tərəfindən verilib. Məhəmmədi “toplaşmaq və sui-qəsd” ittihamı ilə 6 il, “təbliğat” ittihamı ilə isə daha 1,5 il həbs cəzasına məhkum edilib.
Məhkəmə həmçinin onun 2 il müddətinə ölkədən çıxışını qadağan edib.
Vəkil həmçinin qeyd edib ki, Nərgiz Məhəmmədi Tehranın təxminən 740 kilometr cənub-şərqində yerləşən Hosf şəhərində 2 il daxili sürgünə məhkum edilib.
Məhəmmədinin tərəfdarları iddia edirlər ki, o, dekabr ayında keçirilən etiraz aksiyası zamanı həbs olunduqdan sonra 2 fevraldan bəri aclıq aksiyası keçirir.

