Nigeriyada baş verən avtomobil qəzasında 30 nəfər öldü

Baş səhifə

Bakı. Trend:

Nigeriyanın Kano ştatında baş verən yol qəzasında 30-dan çox
insan ölüb, çoxlu sayda insan yaralanıb.

Trend-in məlumatına görə, bu barədə “Daily Post” qəzeti ştatın
qubernatoru Abba Yusifə istinadən bildirib.




İlkin məlumatlara görə, Kvanar-Barde yaşayış məntəqəsi
yaxınlığında, Qudjunqu şəhərinə aparan magistral yolda sürücünün
diqqətsizliyi səbəbindən insanları daşıyan treyler qəzaya
düşüb.

Yaralılar tibbi yardım üçün ştatdakı xəstəxanalara
aparılıblar.