Ağcabədi. Trend:
Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Trend-in yerli
müxbirinin verdiyi məlumata görə, qəza rayonun Poladlı kəndi
ərazisində baş verib. İlkin məlumatlara əsasən, hadisə zamanı iki
nəfər xəsarət alıb. Yaralananlar — 1982-ci il təvəllüdlü Pərvanə
Hüseynova və 1975-ci il təvəllüdlü Mehman Nərimanov əvvəlcə Ağdam
Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onlara tibbi yardım
göstərildikdən sonra müalicələrinin davam etdirilməsi üçün Bərdə
Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırma aparılır.

