Bakı. Trend:
İtaliyanın Milan şəhərində nümayişçilərin əsas kütləsindən
ayrılan təxminən 100 nəfərlik qrup polisə daş və fişəng atmağa
başlayıb.
Trend xəbər verir
ki, hüquq-mühafizə orqanları cavab olaraq su şırnaqları və
gözyaşardıcı qazdan istifadə edib.
Nümayişçilər bu yolla şəhərin Santa-Culiya hokkey arenasına
aparan yolu bağlamağa çalışıblar.
AFP-nin məlumatına görə, bir neçə nəfər saxlanılıb.
Bu gün Milan və Kortinada minlərlə insan ekoloji və
sosial-iqtisadi problemlərə, o cümlədən mənzil qiymətlərinin
yüksəkliyinə və şəhər həyatının əlçatanlığına etiraz olaraq
yürüşlər təşkil edib.

