Azərbaycan Basketbol Liqası: “Gəncə” NTD-ni məğlub edib

Baş səhifə
Azərbaycan Basketbol Liqası: Gəncə NTD-ni məğlub edib

Azərbaycan Basketbol Liqasında XVI turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, NTD “Gəncə”nin qonağı olub.

Gəncə Olimpiya İdman Kompleksindəki qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 104:85.

“Gəncə” A qrupunda 24 xalla üçüncü, NDT 18 xalla sonuncu altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq. Daha əvvəl “Sumqayıt” “Lənkəran”ı (102:77), “Quba” “Sərhədçi”ni (97:89), “Ordu” “Naxçıvan”ı (95:92) məğlub edib.