
Bakı. Trend:
“Barselona” klubu Avropa Superliqası layihəsini tərk edib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə klub məlumat yayıb.
“Barselona” klubu bu gün Avropa Superliqası Şirkətinə (European
Super League Company) və layihədə iştirak edən digər klublara
layihədən rəsmi şəkildə çıxdığı barədə bildiriş göndərib”, –
Kataloniya təmsilçisinin açıqlamasında bildirilib.
Qeyd edək ki, Avropa futbolunda yeni eranın başlanğıcı sayılan
Superliqanın yaradılması barədə rəsmi elan 2021-ci ildə verilmişdi. “Barselona” Superliqanın 12 təsisçisindən biri kimi çıxış
edirdi.


