
Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən
ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi
istiqamətində işlər davam etdirilir.
Trend dövlət
xidmətinə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində
110.694 ədəd belə NKA quraşdırılıb.
Bildirilib ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların
daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin
qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə
imkan yaradıb.
Qeyd edilib ki, 2026-cı ilin yanvar ayında yeni nəsil NKA-lar
vasitəsilə qeydə alınan dövriyyə 2 milyard 294,7 milyon manat olub.
Vurğulanıb ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə
268,8 milyon manat, yaxud 13,3 faiz çoxdur.


