Allahşükür Paşazadə Roma Papasının dəvəti ilə Vatikana gedir

Baş səhifə

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam
Allahşükür Paşazadə fevralın 8-də Vatikana səfərə yola düşür.

QMİ-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər Müqəddəs
Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma
Papası XIV Leonun şəxsi dəvəti ilə baş tutur.

Bildirilib ki, Şeyxülislam A.Paşazadə fevralın 9-da Pontifikin
audiensiyasında olacaq.

Qeyd edilib ki, səfər müddətində Azərbaycandakı dini konfessiya
rəhbərlərinin Vatikanın dövlət katibi Kardinal Pyetro Parolin və
digər Vatikan rəsmiləri ilə ikitərəfli görüşləri nəzərdə
tutulur.