
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli üçün
yaxşı danışıqların aparıldığını bildirib.
Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti jurnalistlərə deyib.
D.Tramp bu sahədə bəzi irəliləyişlər gözlədiyini bildirib.
“Bu gün Rusiya və Ukrayna ilə bağlı çox, çox yaxşı
danışıqlarımız oldu. Nəsə baş tuta bilər”, – deyə o qeyd edib. ABŞ
prezidenti konkret hansı hadisələrin gözlənildiyini
açıqlamayıb.


