Bakı. Trend:
2025-ci ildə Fransada 68564 müəssisə müflis olub ki, bu da
2024-cü illə müqayisədə 3,5 faiz çoxdur.
Trend-in
məlumatına görə, statistikanı Fransa Bankı yayıb. Bildirilir ki,
müflisolma əsasən orta ölçülü müəssisəslərdə (250-5000 arası işçisi
olan) qeydə alınıb.
Ən çox bağlanma xidmət, nəqliyyat və otelçilik sektorlarındadır.
Enerji daşıyıcılarının bahalığı iş adamlarının fəaliyyətini
çətinləşdirir.

