Bakı. Trend:
“Saudia Airlines” şirkəti çox sayda təyyarə almaq üçün “Boeing”
və “Airbus” şirkətləri ilə danışıqlar aparır.
Trend-in məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər
verib.
Bildirilib ki, 150 ədəd müxtəlif tipli hava gəmisinin alınması
nəzərdə tutulur. Məqsəd həm parkı yeniləmək, həm də təyyarə sayını
artırmaqdır.
“Saudia Airlines” 2024-cü ildə 30 ədəd “Boeing” və 80 ədəd
“Airbus” sifariş verib. 80 yaşlı şirkət bu dəfə tarixinin ən böyük
sifarişini verməyə hazırlaşır.

