Bakı. Trend:
ABŞ administrasiyası Rusiya neftinin alınması ilə əlaqədar
olaraq ABŞ-ın Hindistan məhsullarına tətbiq etdiyi əlavə 25 faiz
rüsumları ləğv etmək qərarına gəlib.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald
Trampın imzaladığı fərmanda deyilir.
Sənədə əsasən, 7 fevraldan etibarən ABŞ-yə idxal edilən
Hindistan məhsulları artıq 25 faiz əlavə advalor (malların dəyərinə
mütənasib) rüsumlarına məruz qalmayacaq.

