
Bakı. Trend:
İndoneziyada dünyanın ən uzun ilanı tapılıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Ginnesin Rekordlar Kitabı rəsmi olaraq Maros bölgəsində aşkar
edilən nəhəng torlu pitonun indiyədək rəsmi ölçülmədən keçmiş ən
uzun vəhşi ilan olduğunu təsdiqləyib.
Təşkilatın açıqlamasına görə, təqdim olunan sübutlar
yoxlanıldıqdan sonra torlu pitonun dişi fərdinin uzunluğunun 7,2
metr olduğu müəyyən edilib. Hazırda ilan indoneziyalı təbiət
mühafizəçisi Budi Purvanto, lisenziyalı ilan təlimçisi Dias Nuqrahi
və vəhşi təbiət fotoqrafı Radu Frentiunun nəzarətində
saxlanılır.
Nuqrahi və Frentiunun sözlərinə görə, yerli sakinlərin qeyri-adi
dərəcədə iri pitonun görünməsi ilə bağlı məlumatlarından sonra
onlar ilanı axtarmağa başlayıblar. İlana İbu Baron adı verilib ki,
bu da tərcümədə “Baronessa” deməkdir.


