Astronavtların “iPhone”dan istifadəsinə icazə veriləcək

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Aeronavtika və Kosmik Tədqiqatlar üzrə Milli İdarəsinin
(NASA) gələcək Ay və orbital missiyaları üçün ekipajlara agentliyin
tarixində ilk dəfə uçuşları sənədləşdirmək məqsədilə Apple iPhone
smartfonları veriləcək.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




“Biz ekipajlarımıza ailələri üçün xüsusi anları qeyd etməyə
imkan verəcək alətlər təqdim edəcəyik və ilhamverici şəkilləri və
videoları bütün dünya ilə paylaşa biləcəklər. Biz illərlə davam
edən proseslərə meydan oxuduq və qısa müddət ərzində kosmik uçuşlar
üçün müasir avadanlıqlar hazırladıq”, – NASA-nın rəhbəri Cared
Ayzekman X sosial şəbəkəsində yazıb.

Kosmosda kütləvi kommersiya məhsullarının istifadəsi NASA üçün
nadir hadisədir, çünki adətən bu, cihazın uzun müddətli sınağını
tələb edir.