
Bakı. Trend:
“Əl-Nəsr”in futbolçusu, icarə əsasında “Fənərbaxça”da çıxış edən
Con Duran Türkiyədən ayrılıb.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, kolumbiyalı hücumçu “Zenit”lə
anlaşıb.
O, Sankt-Peterburq təmsilçisi ilə icarə müqaviləsi
imzalayacaq.
22 yaşlı futbolçunun “Əl-Nəsr”lə müqavilə müddəti 2030-cu il
iyunun 30-na qədərdir.
Qeyd edək ki, kolumbiyalı bu mövsüm “Fənərbaxça”nın heyətində 21
matçda 5 qol vurub, 3 məhsuldar ötürmə edib. Duran “Enviqado” və “Çikaqo” klublarında da oynayıb.


