“Qalatasaray” ulduz futbolçunu transfer etdi

Baş səhifə

“Qalatasaray” “Bavariya”nın futbolçusu Saşa Boeyi transfer edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Qalatasaray” klubundan açıqlama verilib. Açıqlamada, futbolçunun icarə əsasında transfer edildiyi bildirilib. Klublar arasındakı razılaşmaya görə, “Qalatasaray” futbolçunun icarəsi üçün “Bavariya”ya 500 min avro ödəyəcək. Məlumata görə, Türkiyə nəhəngi futbolçuya 1 milyon 750 min avro məvacib ödəyəcək. Müqavilənin mövsümün sonuna qədər nəzərdə tutulduğu bildirilir. Müqavilədə məcburi olmayan satınalma şərti də nəzərdə tutulub.

Qeyd edək ki, Saşa Boey 2024-cü ildə 30 milyon avroya “Qalatasaray”dan “Bavariya”ya transfer olmuşdu.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.