
Bakı. Trend:
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk
matçlarına yekun vurulub.
Trend xəbər verir ki, “Turan
Tovuz”“Kəpəz”i sınağa çəkib. “Azərsun Arena”da keçirilən matç Tovuz
klubunun minimal hesablı qələbəsi ilə başa çatıb. Qalib komandanın
heyətində yeganə qolu 57-ci dəqiqədə Hayderson Hurtado vurub.
Günün ilk oyununda “Qarabağ” “Şamaxı”ya 1:2 hesabı ilə
uduzub.
Ötən gün baş tutan “Sumqayıt” – “Zirə” və “Sabah” – “Qəbələ”
oyunları qolsuz heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab
matçları martın 3-də keçiriləcək.


