Bu ölkədə seçkilərə görə spirtli içkilərin satışı qadağan olunur

Baş səhifə

Bakı. Trend:

Tailandda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə
əlaqədar ölkədə spirtli içkilərin satışı müvəqqəti olaraq qadağan
ediləcək

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Tailandın Turizm Polisi
tərəfindən yayılan məlumatda bildirilir.

Məlumata görə, qadağa 7 fevral şənbə günü saat 18:00-dan (MSK
ilə 14:00) etibarən 24 saat ərzində qüvvədə olacaq.




Qeyd olunur ki, Tailand qanunvericiliyinə əsasən, seçki dövründə
bütün növ spirtli içkilərin satışı və paylanması ölkə ərazisində
qəti qadağandır.

Bu tədbir minimarketlər, supermarketlər, restoranlar, bütün
əyləncə obyektləri və gecə klubları, həmçinin spirtli içkilərin
satışı və paylanması ilə bağlı isətnilən tədbirlərə şamil
olunur.