Yanlış Rəfiyev: Afrika qitəsi Qoşulmama Hərəkatının bir hissəsidir

Baş səhifə
Yalçın Rəfiyev: Afrika qitəsi Qoşulmama Hərəkatının bir hissəsidir

Afrika Azərbaycanda əhəmiyyət verilən birinci dərəcəli qitədir.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən “Qoşulmama Hərəkatı Gənclər Həftəsi”ndə çıxış edərkən deyib.

Y.Rəfiyevin sözlərinə görə, ötən il o, şəxsən Afrika ölkələrində keçirilən bir sıra hökumət missiyalarının tədbirlərində iştirak edib.

“Afrika sürətlə inkişaf edən qitədir. Afrika ölkələri bizimlə eyni dəyərləri bölüşürlər. Bütün Afrika qitəsi Qoşulmama Hərəkatının bir hissəsidir. Biz fəxrlə qeyd edirik ki, Cənubi Sudan Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatına qoşulub. Biz bu prosesə öz töhfəmizi vermişik və bu gün bütün qitə yeni tarazlaşdırma siyasətini müdafiə edir”, – o vurğulayıb.

Y.Rəfiyev, həmçinin Afrika qitəsinin əhəmiyyətli iqtisadi potensialını qeyd edib: “Azərbaycan Afrikada diplomatik şəbəkəsini genişləndirməklə yanaşı, mövcud imkanları araşdırmağa davam edir. Bu, həm afrikalı tərəfdaşlarımızla operativ qarşılıqlı əlaqə üçün, həm də əməkdaşlığın institusional əsasını yaratmaq üçün zəruridir”.

MƏLUMAT YENİƏNİR