Bakı. Trend:
Hüquq çox zaman inkişafın qarşısını alan mexanizm kimi qəbul
olunur. Amma yalnız pis hüquq bu inkişafın qarşısını alır.
Trend xəbər
verir ki, bu fikirləri “PAŞA Holding” MMC-nin baş icraçı direktoru
Cəlal Qasımov bu gün Bakıda keçirilən “LEGIS” Beynəlxalq Hüquq
Forumunda çıxışı zamanı deyib.
“Biz artıq “LEGİS” jurnalının ilk buraxılışını bu gün təqdim edə
bilirik. “PAŞA Holding” olaraq dövlət və özəl sektor arasında
əməkdaşlığın tərəfdarıyıq. Bu dövrdə iqtisadiyyatda, texnologiyada
ciddi dəyişikliklər baş verir. Biz bu texnologiyaları tətbiq
edirik. Dövlət strukturlarında lazımi bürokratiya var və bunsuz
mümkün deyil. Biznes və cəmiyyət bir-birinə kömək edib irəli gedə
bilər”, – deyə baş icraçı direktor qeyd edib.
C.Qasımov bildirib ki, biznes qanunları təkcə icra mərhələsində
yox, hazırlanma mərhələsində də masada olmalıdır:
“Qanun sonda ona görə yazılır ki, çərçivə cəmiyyət olaraq irəli
gedək. Dövlət istəyir ki, iqtisadiyyat tempi artsın və biznes də bu
tempi artırır. “LEGİS”in əsas məqsədi dialoq, birgə
məsuliyyətdir”.

