Bakı. Trend:
İsrailin Kiryat Yam şəhərində avtomobilin partlaması nəticəsində
ən azı bir nəfər ölüb, iki nəfər yaralanıb.
Trend xəbər verir
ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Bildirilir ki, partlayış 4 fevral axşamı baş verib. Hadisə
yerinə gələn təcili yardım işçiləri tüstü çıxan avtomobil və
yanında uzanmış üç nəfəri aşkar ediblər.
Hadisə nəticəsində bir kişi və bir yeniyetmə ağır xəsarətlərlə
xəstəxanaya yerləşdirilib. Digər zərərçəkən daha sonra xəstəxanada
ölüb.
Partlayışın səbəbi hələ məlum deyil.

