İranın daxili işlərinə müdaxilə region üçün ciddi təhlükə yarada bilər – Ərdoğan

Baş səhifə

Bakı. Trend:

Digər ölkələrin, xüsusilə də qonşu İranın daxili işlərinə xarici
müdaxilə bütün region üçün ciddi təhlükələr yarada bilər.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan Qahirədə Misir Prezidenti ilə birgə mətbuat
açıqlaması zamanı səsləndirib.




Onun sözlərinə görə, İranla bağlı məsələlərin, o cümlədən nüvə
sazişi ətrafındakı problemlərin həllində ən məqsədəuyğun yol
diplomatik üsullardır.

Türkiyə lideri vurğulayıb ki, regionda sabitliyin qorunması üçün
gərginliyi artıran addımlardan çəkinmək və dialoqa üstünlük vermək
vacibdir.