
“Fənərbaxça” “Əl-Hilal”ın futbolçusu Darvin Nunyeslə razılığa gəlib.
Metbuat.az xəbər verir ki, “Liverpul”dan “Əl-Hilal”a transfer olan futbolçu karyerasını Türkiyədə davam etdirməyə razılıq verib. Məlumata görə, Türkiyə nəhəngi futbolçunun transferi ilə bağlı “Əl-Hilal”la da razılıq əldə edib. Tərəflər ödəniş məsələləri və bonuslarla bağlı müzakirələri yekunlaşdırmaq üzrədir.
Qeyd edək ki, “Fənərbaxça” iki əsas hücumçusu olan Con Duran və Yusif ən-Nesyrini klubdan göndərib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


