
Yeni Ermənistan Konstitusiyasının mətni növbəti altı ay ərzində hazır olacaq.
Modern.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Srbui Qalyan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Konstitusiya mətninə son baxışı mart ayına planlaşdırılıb və müəyyən edilmiş son tarix yenidən nəzərdən keçirilməyəcək.
Əvvəllər müəyyən edilmiş son tarixlərdən yayınmayacağıq. O vaxta qədər mətn hazır olacaq və dərc edəcəyik.
Nazir, yeni Ermənistan konstitusiyasında idarəetmə formasında dəyişiklik nəzərdə tutulmadığını deyib. Ermənistan parlament respublikası olaraq qalacaq.
Srbuhi Qalyan həmçinin jurnalistlərə bildirib ki, konstitusiya referendumunun vaxtı hələ müəyyən edilməyib, lakin bu, iyun ayında keçiriləcək parlament seçkilərindən sonra baş tutacaq.


