
İngiltərənin “Arsenal” klubunun Premyer Liqadakı oyunlarından biri təxirə salınacaq.
“Report”un məlumatına görə, buna London təmsilçisinin Liqa Kubokunda finala vəsiqə qazanması səbəb olub.
XXXI turun “Vulverhempton” – “Arsenal” matçı nəzərdə tutulduğu kimi martın 21-də olmayacaq. Çünki martın 22-də Liqa Kubokunun final qarşılaşması baş tutacaq.
Qeyd edək ki, “topçular”ın finaldakı rəqibi bu gün bəlli olacaq. “Mançester Siti” – “Nyukasl” görüşü Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. İlk oyunda “şəhərlilər” qalib gəlib – 2:0.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


