Papua-Yeni Qvineyada 5,2 bal gücündə zəlzələ baş verdi

Baş səhifə

Bakı. Trend:

Papua Yeni Qvineyanın şimal-şərqindəki dağlarda 5,2 bal gücündə
zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avstraliya Geoloji Xidməti
bildirib.




Məlumata əsasən, zəlzələnin episentri ölkənin ikinci ən böyük
şəhəri olan Laedən 80 km şimal-şərqdə yerləşən Morobe əyalətində
olub. Yeraltı təkanların ocağı 74 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami
təhlükəsi elan edilməyib.